ClickCease

Xeyir! Keyfiyyətli kartric dolumu sizin printerə ziyan vurmur, əksinə sizin çap xərclərinizi 80%-a qədər azaldır. Misal üçün orijinal HP 285A kartricinin yenisi 100 AZN civarında dəyişərkən dolumu 8.00-10.00 AZN civarındadır. Kartric dolumunun printerə ziyan vurmasına qeyri peşəkar xidmət və dolum zamanı kartricin fırlanan mexanizimlərinin yağlanmaması və ya düzgün yığılmaması kimi səbəblər ola bilər,ki bu da istənilən texnikada qaçılmazdır.
Kartriclərinizi təcrübəli və öz sahəsində peşəkar şirkətlərə hevalə etməklə siz printer və kartriclərinizin sizə uzun müddət xidmət görsətməyinə imkan yaradırsınız. Kartricin dolumunun printerə ziyan vurması kimi fikirlərin əsas mənbəyi HP,Canon,Epson kimi printer kartric sahəsində istehsalçı zavodlardır. Onların belə bir fikir söyləməklərinin səbəbi isə sadədir. Məsələ ondadır ki, printer kartric üzrə istehsalçı şirkətlər printerde yox,kartriclərin satışında daha çox maraqlıdırlar. Cünki modelinnən aslı olaraq istənilən printer tam sıradan çıxana qədər,500-1000 dəfə yeni kartriclə əvəz oluna bilər. Ona görədə bir printer istehsalının qarşılığında yüzlərlə kartric istehsal edirlər ki, buda öz növbəsində rentabellik baximindan daha sərfəlidir.
Printer kartric istehsalçıları üçün kartric satışının prioritetdə olmağının səbəblərindən birinində izahını belə edək. Misal üçün HP LaserJet Pro M102A yeni nəsil printer modelinin qiyməti 200.00-250.00 AZN civarında olan zaman onun orijinal kartricinin (HP CF217A) qiyməti 100.00-110.00 AZN civarında dəyişir. Bu səbəbdən də hər yeni model printer istehsal olunanda çalışıllar ki,o model printerin kartricinin doldurulmasını mümkünsüz etsinlər,ama hələki buna nail ola bilməyiblər.

Bu günkü gün A4 formatlı çap ücün iki cür printerlərə üstünlük verilir, axıntılı və laser tipli çapa məxsus olan printerlər.Axıntılı (struynıy) printerlər laser printerləri kimi sürətli olmasa da, qiyməti daha münasibdir. Axıntılı printerlərin katricinin rəngi laser tipli printerlərin katriclərindən fərqli olaraq maye halındadır. Bu səbəbdən də axıntılı printerləri bir müddət çap etməsəniz onun katriclərinin rəngi quruya bilir ki, nəticədə yeni katric almalı olacaqsınız. Əgər sizin evinizdə və ya iş yerinizdə axıntılı printer yer alıbsa, ehtiyyac olmasada 2-3 gündə bir dəfə, bir necə vərəq çap etməyinizlə katriclərin qurumasından printerinizi sığortalamış olursuz.              
Bir çox müştərilər yeni aldıqları Laser tipli printerin katriclərinin rəngi bitdikdən sonra onun yeni rənglə doldurulmasının mümkün olmadiğını və ya ehtiyyat hissələrinin mövcud olmadığını anlayıllar. Bu səbəbdən də hər dəfə yeni katric almaq məcburiyətində qalırlar ki, buda öz növbəsində çap xərclərinin katricin dolumuna nisbətən təxminən 800% baha başa gəlməyinə səbəb olur. Misal üçün orijinal HP 285A katricinin doldurulması 8.00-10.00 AZN civarında dəyişərkən yenisini 100.00 AZN-na əldə edə bilərsiniz.Bu səbəbdən də printer alan zaman ilk növbədə onun katricinin dolumunun mümkün olmasının və ehtiyyat hissələrinin mövcüd olduğunu bu xidmətləri görsədən şirkətlərlə dəqiqləşdirsəz özünüzü əlavə xərcdən sığortalamış olacaqsınız.